Yaponiyada erməni təxribatının qarşısı alındı
14-21 sentyabr tarixlərində Yaponiyada keçirilən "Tourism Expo Japan" sərgisində Ermənistan tərəfi yenə təxribata əl atmağa çalışaraq, Ermənistana aid stendə Azərbaycanın işğal ounmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən materiallar yerləşdirməyə cəhd göstərib.
XalqTV.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyinin vaxtında müdaxiləsi nəticəsində Ermənistan tərəfinin beynəlxalq turizm sərgisinin qondarma rejimin siyasi təbliğat meydanına çevrilməsinin qarşısı alınıb.
XİN rəsmisi deyib ki, sərgidə Azərbaycan stendi fəaliyyət göstərib və çərçivəsində Azərbaycanın turizm potensialı barədə Yaponiya ictimaiyyətinə məlumat çatdırılıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində