Dünyada neft bazarı balanslaşır
Dünya neft bazarı tədricən balanslaşır.
XalqTV.com "Report"a istinadən bildirir ki,dünya neft ehtiyatlarının həcmində önəmli azalma qeydə alınmasa da neft bazarında tələblə təklif arasında fərq azalır. Agentlik 2017-ci ildə dünya neft tələbində artım həcmini əvvəlki proqnozunda olduğu kimi, 1,3 mln. abrel/gün səviyyəsində saxlayıb. Buna səbəb kimi, agentlik ABŞ, Almaniya və Türkiyə kimi vacib neft idxalçıları ölkələrin iqtisadi artım tempində yavaşlamanı göstərib.
İEA-nın hesabatına görə, mart ayında dünya kommersiya neft ehtiyatları 32,9 mln. barel və ya 1,07% azalaraq 3,025 mlrd. barelə geriləyib. Ümumilikdə isə ilk rübdə sənayesi inkişaf etmiş ölkələrdə ehtiyatlar 24,1 mln. barel artım göstərib. İEA-nın ilkin proqnozlarına əsasən aprel ayında da kommersiya neft ehtiyatları artıb.
Hesabatda həmçinin bildirilib ki, dünya neft ehtiyatlarının azalması üçün müəyyən qədər vaxt lazımdır. 2017-ci ilin ilk rübündə neft bazarı kəsirlə üzləşməsə də bazarın balanlaşdırılması başlayıb və bu proses tədricən sürətlənəcək. Lakin neft bazarı üçün mənfi xəbər kimi ABŞ, Braziliya və Qazaxıstanda neft hasilatının bu il gündə 600 min barel artacağı qeyd olunub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində