Dünya
"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək
Ukraynada keçirilən sonuncu "Eurovision" mahnı müsabiqəsinin qalibi Salvador Sobrala yeni ürək köçürüləcək.
XalqTV.com "Report"a istinadən bildirir ki, portuqaliyalı müğənni ölkəsindəki xəstəxanalardan birində əməliyyat olunacaq.
Onun vəziyyəti son vaxtlar kəskin pisləşib və 27 yaşlı müğənni reanimasiya şöbəsinə yerləşdirilib.
Musiqiçi bundan əvvəl anadangəlmə ürək qüsuru ilə əlaqədar sağlamlığında problemlərin yarandığını bəyan edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR