Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxıb - YENİLƏNİB - FOTO
20:41
Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində "A" qrupunda Azərbaycan-Almaniya görüşü olub.
XalqTV.com Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Almaniya idmançılarını 3:1 hesabı ilə məğlub edərək (19:25, 25:19, 25:18, 25:18 ) Avropa çempionatının dörddəbir finalına yüksəlib.
----------
18:47
Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində "A" qrupunda Azərbaycan-Almaniya görüşünə start verilib.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.
Bu oyunun nəticəsində "A" qrupundan dörddəbir finala birbaşa yüksələn komanda müəyyənləşəcək.
Hazırda Azərbaycan milli komandası 6 xalla qrupda birinci sıradadır. Almaniya yığması isə 4 xalla üçüncü sıradadır.
XalqTV.com