Avro-2017: Yığmamızın birbaşa 1/4 final iddiası
Qadın voleybolçular arasında Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması III turda Almaniyanı sınağa çəkəcək.
İlk 2 görüşdə set vermədən qalib gələn Faiq Qarayevin yetirmələrinin bu dəfə də eyni uğuru təkrarlayacağı gözlənilir. Komandamız 1 hissədə belə qalib gələcəyi halda, qrup lideri olacaq və birbaşa 1/4 finala vəsiqə qazanacaq.
Lakin rəqib də pley-offda oynamadan qrupdan çıxmaq arzusundadı. Onlar da bu səbəbdən "quru hesab"la qalib gəlməyə çalışacaqlar.
Qeyd edək ki, Macarıstan artıq yarışla vidalaşıb. Polşa isə pley-offda rəqibini gözləyir.
Avro-2017
Qrup mərhələsi
25 sentyabr
A qrupu
III tur
18:00. Almaniya - Azərbaycan
Hakimlər: Stefan Takayçvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev
Almaniya: 1. Lenka Dürr, 2. İrina Kemmisi, 3. Deniz Hanke, 4. Maren Fromm, 5. Yana-Fransiska Poll, 6. Cennifer Qirties, 7. Cennifer Pettke, 10. Lena Stiqrot, 11. Luiza Lippmann, 14. Mari Şoeltsel, 17. Anna Poqani, 19. Tanya Qrosser, 20. Leoni Şvertmann, 22. Liza Qründinq,
Baş məşqçi: Feliks Kozlovski
1 | Azərbaycan | 2 | 2 | 0 | 6-0 | 150-111 | 6 |
2 | Polşa | 3 | 2 | 1 | 6-6 | 258-250 | 5 |
3 | Almaniya | 2 | 1 | 1 | 5-4 | 187-191 | 4 |
4 | Macarıstan | 3 | 0 | 3 | 2-9 | 220-263 | 0 |
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində