Voleybol üzrə Avropa çempionatının üçüncü günü - NƏTİCƏLƏR və TƏQVİM
Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsində üçüncü yarış günü başa çatıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, Polşa ilə qarşılaşan millimiz yenə də inamlı qələbə qazanıb - 3:0 (25:14, 25:21, 25:23).
Digər oyunların nəticələri:
A qrupu
Azərbaycan - Polşa 3:0
Almaniya - Macarıstan 15:5
B qrupu
Gürcüstan - Belarus 0:3
Xorvatiya - İtaliya 2:3
C qrupu
Bolqarıstan - Türkiyə 3:2
D qrupu
Belçika - Serbiya 1:3
Çexiya - Niderland 1:3
Sabah A qrupunda Almaniya - Azərbaycan, C qrupunda isə Türkiyə - Ukrayna, Rusiya - Bolqarıstan oyunları keçiriləcək. Bununla da qrup mərhələsinə yekun vurulacaq.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu - Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.
Yarışda 16 komanda - A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.
XalqTV.com