Dünya
Malidə partlayış nəticəsində 3 BMT sülhməramlısı ölüb
Malidə partlayış nəticəsində 3 BMT sülhməramlısı ölüb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə BMT missiyasının "Feysbuk" səhifəsində bildirilir.
Məlumata əsasən, Qao əyalətində sülhməramlıları daşıyan avtomobil minaya düşüb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.
XalqTV.com
RƏYLƏR