Siyasət

Prezident İlham Əliyev voleybol üzrə milli komandamızın oyununa baxır

  • 24 Sep 2017
  • 256 baxış

Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin üçüncü günündə "A" qrupunda yer alan milli komandamız ikinci görüşünü keçirir.

Azərbaycan milli komandası Polşa yığması ilə qarşılaşır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.

Baş məşqçi Faiq Qarayev start heyətdə Kseniya Pozdnyak, Yelizaveta Səmədova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova, Alyona Həsənova və Valeriya Məmmədovaya şans verib.

Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib. Komandamızın qrupdakı rəqiblərindən Polşa Almaniyanı 3:2, Macarıstanı isə 3:1 hesabı ilə məğlub edib. Millimiz Polşa ilə matçda qrupdan çıxmaq üçün doğma meydanda növbəti qələbəsini qazanmağı hədəfləyir.

Hazırda 5 xala malik Polşa qrupda liderdir. Azərbaycan yığmasının 3, Almaniyanın 1 xalı var. İki görüşdən məğlub ayrılan Macarıstan isə xalsızdır.

Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan və Almaniya komandaları qarşılaşacaqlar. Bu görüşə isə saat 20:30-da start veriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR