idman
Afrika Millətlər Kubokuna yeni ev sahibi axtarılır
Keniya 2018-ci ildə Afrika Millətlər Kubokuna ev sahibliyi hüququndan məhrum edilib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, turnirin İcraiyyə Komitəsi Qanada keçirdiyi 8 saatlıq toplantının ardından belə qərar verib. Təşkilatın rəsmi saytında bunun səbəbi kimi turnirə hazırlığın ləng getməsi göstərilib. Söhbət yeni infrastruktur obyektlərin tikinitisi və mövcud olanların yenilənməsindən gedir. Ölkədə qeyri-stabil siyasi mühitin hökm sürdüyü də qeyd olunur. 2018 Afrika Millətlər Kubokunun yeni ev sahibi 15 gün ərzində açıqlanacaq.
XalqTV.com
RƏYLƏR