idman

Obameyanq Bundesliqada rekorda doğru

  • 24 Sep 2017
  • 237 baxış

"Borussia Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanq Bundesliqanın 6-cı turunda "Borussia Mönchengladbach"ın qapısına 3 qol vurub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard Almaniya çempionatında 4-cü het-trikini rəsmiləşdirib. Bu, afrikalı oyunçular arasında rekorddur. Eyni nəticəni nigeriyalı Conatan Akpobori də göstərib.

Qeyd edək ki, Dortmund klubu hazırda 16 xalla turnir cədvəlinə başçılıq edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR