idman

Marselodan pis xəbər

  • 23 Sep 2017
  • 255 baxış

İspaniya La Liqasının 5-ci turu çərçivəsində "Betis"ə qarşı baş tutan oyunun 72 dəqiqəsində zədələnən "Real"ın (Madrid) futbolçusu Marselonun son durumu müəyyənləşib. 

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. 29 yaşlı oyunçu "Alaves", "Espanyol", "Getafe", "Borussia" (Dortmund) və "Tottenham"ə qarşı keçiriləcək oyunları buraxmalı olacaq.

Qeyd edək ki, "kral klubu"nun heyətində Kərim Benzema, Toni Kroos və Mateo Kovaçiçin də zədəsi var.

"Real" - "Betis" matçı isə qonaqların 1:0 hesablı ilə yekunlaşmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR