Siyasət

Elmar Məmmədyarov xarici ticarət naziri ilə görüşdü - FOTO

  • 23 Sep 2017
  • 256 baxış

Xarici işlər naziri Elmar Məmmədyarov Vanuatunun Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri Bruno Leingkone ilə görüşüb.

Nazirlikdən XalqTV.com-a verilən məlumata görə, görüş BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçib.

Görüş zamanı Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.

Daha sonra iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.

Görüşdə tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR