idman

"Rauf Əliyev komandaya ulduz futbolçu kimi gəlməyib"

  • 22 Sep 2017
  • 249 baxış

Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Mladen Milinkoviç azərbaycanlı futbolçusu Rauf Əliyev haqda danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki,  49 yaşlı serbiyalı mütəxəssis millimizin hücumçusunun komandasına ulduz futbolçu kimi gəlmədiyini bildirib: 

"Rauf Əliyev komandaya ulduz futbolçu kimi gəlməyib. Amma o, doğrudan yaxşı oyunçudur. Bizim komandada ulduzlar yoxdur, meydanda mübarizə aparan, komanda üçün can qoyan futbolçular var. Rauf da onlardan biridir. Fikrimcə, o tezliklə ilk qolunu vuracaq və davamı olacaq".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR