Siyasət

Erməni deputatlar Bakıda içki məclisində - FOTO

  • 22 Sep 2017
  • 250 baxış

Xəbər verdiyimiz kimi, Bakıda baş tutacaq "Avronest" Parlament Assambleyasının iclasında Ermənistandan nümayəndə heyəti də iştirak edəcək. Toplantıda Ermənistanı bu ölkənin "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan təmsil edəcək.

XalqTV.com " qafqazinfo"-ya istinadən xəbər verir ki, hər iki erməni deputat artıq Azərbaycana gəlib. Onlar Bakıda içki içərkən çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Armen Aşotyan erməni KİV-nə açıqlamasında bildirib ki, Bakıya səfərlə bağlı hər hansı psixoloji problemləri yoxdur: "Bizə Azərbaycan Milli Məclisi tərəfindən təhlükəsizlik zəmanəti verilib. Otellə bağlı problem var idi, lakin həll olunub".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR