idman

Gelandewagen-lə evə qayıdanda qəzaya düşdü - FOTO

  • 21 Sep 2017
  • 247 baxış

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Tyemue Bakayoko məşqdən evə qayıdarkən yol qəzasına düşüb.

XalqTV.com The Sun-a istinadən bildirir ki, 23 yaşlı futbolçu klubun Kobhemdəki bazasından dönərkən idarə etdiyi Mercedes G63 Gelandewagen AMG SUV avtomobilinin idarəetməsinin öhdəsindən gələ bilməyib.

Maşın yol kənarına çıxaraq ağaclara çırpılıb.

Əslən Kot-d-İvuardan olan fransalı futbolçu xəsarət almayıb. O, evdədir.

Bakayoko ötən yay "Monako"dan "Çelsi"yə keçib. Bütün turnirlərdə komandanın heyətində 6 matçda meydana çıxan yarımmüdafiəçi 1 qol vurub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR