idman

Cüdoçularımız Avropa çempionatında bir qızıl və bir gümüş medal qazandı - FOTO

  • 21 Sep 2017
  • 243 baxış

Azərbaycanda cüdo idmanının inkişafına, idmanın bu növünün kütləviliyinin artırılmasına dəstək verən "Judo Club 2012" klubunun uğurları gündən-günə artır.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki,  Sloveniyanın Maribor şəhərində gənc cüdoçular arasında keçirilən Avropa birinciliyində uğur qazanan idmançılar arasında "Judo Club 2012"nin yetirmələri də var. Klubun yetirməsi Murad Fətiyev 73 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb. O, finalda Azərbaycanın digər təmsilçisi Hidayət Heydərov ilə qarşılaşıb.

Heyətində Murad Fətiyevin də çıxış etdiyi Azərbaycan millisi çempionatda komanda yarışında da birinci yeri tutub. Beləliklə, "Judo Club 2012"nin yetirməsi Vətənə 1 qızıl və 1 gümüş medalla qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimində "Judo Club 2012" İctimai Birliyinin sədri Azər Əsgərov və idarə heyətinin üzvləri iştirak ediblər. Klubun rəhbərliyi uğurlu çıxışına görə Murad Fətiyevə mükafat təqdim ediblər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR