idman

""Barselona" və ya "Bavariya"da olsaydım, indi istefaya göndərilmişdim""

  • 16 May 2017
  • 219 baxış

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bu mövsümdəki işini qiymətləndirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəsis ona verilən ikinci şansdan istifadə etməyə çalışacağını bildirib.

"Barselona"ya gələndə üzərimdə böyük təzyiq vardı. Həmin vaxt komandaya böyük tələblər yox idi. "Bavariya" və "Barselona"da 6 aydan sonra titul mübarizəsindən kənarda qalırsansa, səni istefaya göndərirlər. ikinci şans verilmir. "Mançester Siti"də ikinci şans qazandım. Bundan istifadə etməyə çalışacam. "Barselona" və ya "Bavariya"da olsaydım, indi vəzifəmdən azad olunmuşdum. Növbəti mövsüm daha yaxşı oynamaq istəyirik".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR