idman
"Villarreal"dan Meksika klubuna təklif
"Villarreal" klubu Meksikada baş vermiş zəlzələ qurbanlarına yardım etmək niyyətindədir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "sarı sualtı qayıq" "Tigres" klubuna yoldaşlıq oyunu keçirməyi təklif edib. Matçdan əldə olunacaq gəlir zərərçəkənlərin ehtiyaclarını ödəməyə sərf ediləcək. Oyun milli komandaların qarşılaşması ilə əlaqədar yaranacaq fasilədə baş tuta bilər. Qeyd edək ki, Meksikada Rixter şkalası ilə 7.1 ball gücündə zələzələ baş vermiş və 226 nəfərin ölümünə səbəb olmuşdu.
XalqTV.com
RƏYLƏR