Dünya

Qazaxıstanın sabiq baş naziri azadlığa buraxıldı

  • 21 Sep 2017
  • 260 baxış

Qazaxıstanın sabiq baş naziri Serik Ahmedov azadlığa buraxılıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə "Tengrinews.kz" saytı xəbər yayıb.

Həbsxana önündə jurnalistlərə açıqlama verən keçmiş baş nazir gələcək planlarını hələlik müəyyənləşdirmədiyini bildirib.
 
Xatırladaq ki, büdcədən külli miqdarda pul oğurlamaqda, qanunsuz sahibkarlıqla məşğul olmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən S. Ahmedov 2015-ci ilin dekabrında saxlanılıb. O bütün əmlakı müsadirə olunmaqla, 10 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş baş nazir dövlətə 2,2 milyard tenge (təxminən 6,5 milyon dollar) ödədikdən sonra məhkəmənin qərarı ilə həbs cəzası 2 il 8 aya endirilib. Bu ilin yanvar ayında isə o, amnistiyaya düşüb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR