Dünya
"Neymar Messinin kölgəsində qalmamaq üçün "Barselona"dan getdi"
"Barselona"nın sabiq müdafiəçisi Jeremi Matye Neymarın "PSJ"-yə keçməsinə münasibət bildirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, hazırda "Sportinq"in şərəfini qoruyan fransalı müdafiəçi onun bu addımını fərdi mükafatlar qazanmaq istəyi ilə əlaqələndirib.
"Neymarın klubunu tərk edəcəyini heç kim ağlına gətirməzdi. Amma bu futboldur və qərar ona aiddir. Şəxsən mənə görə, Neymar Messinin kölgəsində qalmamaq üçün "Barselona"dan getdi. Çox güman ki, "Qızıl top"u qazanmaq istəyir. Fikrimcə, PSJ-də qollar vurduğundan özünü xoşbəxt hiss edir".
XalqTV.com
RƏYLƏR