İqtisadiyyat

Neftimizin qiyməti 59 dollara yaxınlaşır

  • 21 Sep 2017
  • 280 baxış

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,84 dollar və yaxud 1,45% artıb.

XalqTV.com  report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 58,71 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR