Siyasət

Azərbaycan və Pakistan HHQ arasında hərbi əməkdaşlıq müzakirə olundu

  • 20 Sep 2017
  • 289 baxış

Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Müdafiə nazirliyinin mətbuat xidmətindən XalqTV.com-a verilən məlumata görə, nazir müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR