idman

Ağahüseyn Mustafayev: Məqsədim üçqat çempion olmaqdır

  • 19 Sep 2017
  • 257 baxış

Litvada keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında üçüncü dəfə qızıl medal qazanmaq istəyirəm.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvü, dünya çempionatının sərbəst güləş yarışında ölkəmizi təmsil edən Ağahüseyn Mustafayev deyib.

Dünya çempionatına ciddi hazırlaşdıqlarını vurğulayan idmançı deyib: "Yarışa tam hazırıq. Hərbçilər arasında dünya çempionatının ikiqat qalibiyəm. Məqsədim üçqat çempion olmaq və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR