idman

"Roma" iki futbolçusunu itirdi

  • 19 Sep 2017
  • 224 baxış

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Roma" heyətlə bağlı problemlə üzləşib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, "canavarlar"ın iki futbolçusu komandadan ayrı düşüb.

Bunlar yarımmüdafiəçi Radca Nainqqolan və hücumçu Patrik Şikdi.
 
İtaliya A seriyasının IV turunda "Verona" ilə qarşılaşmada (3:0) zədələnən hər iki oyunçu qarşıdakı matçlarda meydana çıxmayacaq.
 
Maraqlıdı ki, Nainqqolan 75-ci dəqiqədə zədələnərək, yerini məhz Şikə verib. Belçikalı ilə müqayisədə çexiyalı forvardın durumu daha ciddidi. Paytaxt təmsilçisinin sabah "Benevento", sentyabrın 23-də isə "Udineze" ilə baş tutacaq görüşlərində baş məşqçi Eysebio di Françesko adıçəkilən futbolçuların xidmətindən yararlana bilməyəcək.
 
Nainqqolanın Çempionlar Liqasında "Qarabağ"la qarşıdakı matçda iştirakı gözlənilirsə, Şikin Bakıya səfərinin baş tutub-tutmayacağı həkimlərin qərarından asılı olacaq.
 
Qeyd edək ki, "Qarabağ" - "Roma" oyunu sentyabrın 27-də keçiriləcək. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR