Siyasət

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

  • 19 Sep 2017
  • 265 baxış

Prezident İlham Əliyev Aleksandr Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Pavloviç Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR