idman
Millimiz İtaliyaya uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama matçını keçirib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Faiq Qarayevin yetirmələri növbəti dəfə İtaliya yığması ilə üz-üzə gəliblər.
Avro-2017-nin final mərhələsinin keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutan görüş paytaxtımızda qonaq olan apenninlilərin qələbəsi ilə yekunlaşıb. İtaliyalılar 3:1 (25:18, 25:22, 24:26, 25:15) hesabı ilə qalib gəliblər.
Komandamızın heyətində Polina Rəhimova ən məhsuldar oyunçu olub. Onun 15 zərbəsi millimizə xal gətirib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR