idman
Belçika klubu baş məşqçiyə qapını göstərib
"Anderlecht" baş məşqçisi Rene Vaylerlə yollarını ayırıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, klubun Belçika çempionatına yaxşı start verməməsi istefa üçün yetərli olub. 44 yaşlı mütəxəsis 2016-cı ildən "Anderlecht"in sükanı arxasında idi. Cari mövsümdə Belçika Pro Liqasında 9-cu yeri tutan komanda lider "Brugge"dən 9 xal geri qalır. klubun rəsmi saytı açıqlamasında kollektivi növbəti oyunlara Nikolas Frutos, Davide Sesa və Tomas Binqcelidən ibarət məşqçilər korpusunun çıxaracağı barədə məlumat yayıb.
XalqTV.com
RƏYLƏR