idman
Karvaxal ilə müqavilənin müddəti uzadılıb
"Real Madrid" klubu ispaniyalı müdafiəçi Daniel Karvaxal ilə müqavilənin müddətinin 2022-ci il iyunun 30-dək uzadıb.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, klubun açıqlamasında müqavilənin müddətinin uzadılması ilə əlaqədar Karvaxalın "Santyaqo Bernabeu" stadionunda mətbuat konfransının təşkil olunacağı bildirilib.
İspaniya mətbuatı müqaviləyə əsasən, 25 yaşlı müdafiəçinin sərbəst qalması üçün ödəniləcək məbləğin 350 milyon avro olaraq müəyyən edildiyini yazıb.
Xatırladaq ki, kral klubu bir müddət əvvəl Marselo və İsko ilə də müqavilənin müddətini 2022-ci ilə qədər uzadıb.
XalqTV.com
RƏYLƏR