idman
Pike və Şakiraya aid xəbər düz çıxmadı - FOTO
İspaniya mediasında "Barcelona"nın müdafiəçisi Pike və Şakiranın 7 ildən sonra ayrıldığı barədə xəbərlər yayılır. Cütlüyün sosial şəbəkədə artıq birlikdə paylaşım etməməsi və "Espanyol"la oyunda Pikenin qol sevincini ənənəvi formada qeyd etməməsi əsas səbəb kimi göstərilirdi.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalon futbolçu İnstagram hesabından foto paylaşmaqla bu söz-söhbətlərə son qoyub. Şakira, cütlüyün övladları Milan və Saşanın da olduğu fotoya Pike : "Bazar günü. Ailə vaxtı" sözlərini yazıb.
Qeyd edək ki, futbolçu fərqləndikdən sonra iki əlində 2 işarəsi tuturdu. Bununla Pike özünün və Şakiranın 2 fevralda dünyaya gəlməsini göstərməyə çalışırdı.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR