idman

Baş məşqçidən ittiham: "Qəsdən xal itirdiniz?"

  • 18 Sep 2017
  • 218 baxış

Moskva "Spartak"ı Rusiya Premyer Liqasının X turunda gözlənilmədən "Tosno" səfərində büdrəyib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, son çempionun axırıncı dəqiqələrdə buraxılan qollar sayəsində 1 xalla kifayətlənməsi baş məşqçi Massimo Karreranı qəzəbləndirib.

İtaliyalı mütəxəssis qarşılaşmadan sonra futbolçularının ünvanına ittihamlar səsləndirib. O, paltardəyişmə otağında oyunçularına "Siz mənim getməyimi istəyirsiniz? Qəsdən belə edirsiniz?", deyib. Bununla Korrera komandada onun "torbasının tikildiyinə" işarə vurub.
 
Qeyd edək ki, "Spartak" son 5 dəqiqəyə 2:0 hesabı ilə öndə girsə də, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. 10 turdan sonra Moskva təmsilçisi 13 xalla 8-ci pillədə qərarlaşıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR