Qari Keyhill: ""Qarabağ"la görüşdən sonra..."
"Qarabağ" üzərindəki qələbənin ardından "Arsenal" önündə də bu seriyanı davam etdirməyi hədəfləmişdik.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "Çelsi"nin kapitanı Qari Keyhill deyib.
London klubu Premyer Liqanın V turu çərçivəsində dünən "Arsenal"la öz meydanında qolsuz bərabərə qalıb.
Oyunla bağlı fikirlərini bölüşən 32 yaşlı müdafiəçi "topçular"ın müdafiə xəttini yara bilmədiklərini söyləyib: "Qarabağ"dan sonra "Arsenal"ı da məğlub etmək istəyirdik. Amma futbolda qələbə qazana bilmirsənsə, elə etməlisən ki, məğlub da olmayasan. Bu, müsbət haldı. "Arsenal" önündə yaradıcı futbol oynamağa çalışdıq. Ümumiyyətlə, son matçları yüksək səviyyədə keçiririk və baxımlı futbolla azarkeşlərimizi sevindiririk. Amma bu dəfə rəqibimiz güclü komanda idi. Hər iki komandanın fərqlənmək imkanları oldu. Xüsusən də, Pedro real qol şansını dəyərləndirə bilmədi. Qol vurmaq üçün çox çalışdıq, ancaq rəqib əla müdafiə olunurdu ki, bu da bizi əsəbləşdirirdi. Çünki imkanlarımız məhdudlaşmışdı. Topla çox rəftar etsək də, onların müdafiəsini yara bilmədik. Ümumiyyətlə, bütün oyunlarında qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, sentyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edən "Çelsi" 6:0 hesablı qələbə qazanmışdı.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində