Siyasət

Qarabağda erməni əsgərlər aclıqdan oğurluq edir

  • 18 Sep 2017
  • 242 baxış

Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissələrində ərzaq çatışmazlığından əziyyət çəkən hərbi qulluqçular oğurluğa başlayıb.

XalqTV.com azvision.az-a istinadən xəbər verir ki, əvvəllər oğurluq faktları hərbi hissənin ərzaq ambarlarında qeydə alınırdısa, artıq bu cür faktlar hərbi hissələrin yaxınlığında yerləşən kəndlərdə də baş verir.

Hərbi hissələrin birində xidmət edən əsgər qonşuluqda yerləşən evə daxil olaraq oğurluq edib. Araşdırma nəticəsində, məlum olub ki, əsgər yalnız özü ilə ərzaq aparıb. Evdə olan pul və zinət əşyasına toxunmayıb.

Erməni jurnalistlərin "Əsgərlər acmı qalırlar" sualına Müdafiə Nazirliyinin baş qərargah rəisi Movses Hakopyan qısa cavab verməklə kifayətlənib: "Xeyr". 

"Bəs, nə üçün oğurluq edib" sualına isə Hakopyan "Tərbiyəsiz olub" - deyə bildirib. 

Əslində, Hakopyan məsələnin əsl mahiyyətindən yayınıb. Baş verən hadisə, əslində, Qarabağda yerləşdirilən işğalçı qüvvələrin necə hazırlığa malik olduğunu açıq-aşkar ortaya çıxarıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR