idman
Fransa millisinin müdafiəçisi şantajla üzləşdi
Fransada PSJ və Fransa millisinin futbolçusu Lavin Kurzava "işə düşüb".
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bir qrup şəxs onu video ilə şantaj edərək 100 min avro pul tələb edib.
Videoda dostları ilə oturan Kurzava millinin baş məşqçisi Didye Deşam barədə xoşagəlməz söz işlədib. Bu sözün zarafat olduğu deyilir. Şantajda şübhəli bilinən 5 nəfər polis tərəfindən saxlanılıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR