idman

Argentinalı hücumçu MLS-də rekord müəyyənləşdirib

  • 18 Sep 2017
  • 241 baxış

"Portland Timbers" klubunun yarımmüdafiəçisi Diyeqo Valeri MLS-də yeni rekord müəyyənləşdirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı forvard "Real Salt Lake" ilə oyunda (1:2) komandasının yeganə qolunu vurub. Bununla da argentinalı qolyador çempionatın ardıcıl 8 oyununda fərqlənən ilk futbolçu olub. MLS-də keçirdiyi 28 oyunda ümumilikdə 18 qol vuran Valeri 7 məhsuldar ötürmənin də müəllifidir. O, karyerası ərzində "Lanus", "Almeria" və "Portu"nun da şərəfini qoruyub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR