idman
"Roma"nın gənc futbolçusuna bir sıra klublar maraq göstərir
"Roma"nın yarımmüdafiəçisi Mirko Antonuççi bir neçə Avropa klubunun maraq dairəsinə düşüb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 18 yaşlı futbolçunu "Manchester United", "Milan", "İnter", "Lazio" kimi klublar diqqətdə saxlayır. "Roma" isə 2018-ci ilin yayında müqaviləsi başa çatacaq Antonuççini komandada saxlamaq niyyətindədir. "Chapecoense" ilə bir müddət öncə keçirilən yoldaşlıq oyununda gənc futbolçu het-trikə (4:1) imza atmışdı. O, "Roma"nın U-19 komandasının heyətində UEFA Gənclər Liqasında da çıxış edir. Xatırladaq ki, "canavarlar"la eyni qrupda "Qarabağ"ın da əvəzedici komandası mübarizə aparır.
XalqTV.com
RƏYLƏR