idman
Braziliyalı futbolçu depressiyaya görə klubla müqaviləsini pozdu
"Villarreal"da çıxışı ilə avropalı futbol azarkeşlərinə tanış olan Nilmar depressiyadan əziyyət çəkir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, hazırda müalicə alan 33 yaşlı hücumçu məxsus olduğu "Santos"dan müqaviləsinə xitam verməyi xahiş edib. Klub onun xahişini yerinə yetirib və psixoloqa müraciət etməyi məsləhət görüb. İyulda Nilmar "Santos"la 2018-ci ilin dekabrına kimi müqavilə imzalamışdı. Onun son klubu BƏƏ təmsilçisi "Al Nasr" olub. Orda keçirdiyi 1 mövsümdən sonra əsas komandadan uzaqlaşdırılan forvard 1 il ərzində meydana çıxmamışdı.
XalqTV.com
RƏYLƏR