idman

Mədət Quliyev: "Belə tədbirlər yalnız idman yarışı deyil, həm də böyük həmrəylik bayramıdır"

  • 17 Sep 2017
  • 221 baxış

Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurlu siyasət yürüdülür. Bunun nəticəsidir ki, ölkəmiz son illərdə yüksək tərəqqiyə nail olub. Görülən işlər Azərbaycanı dünyada tanıdıb. Dövlət başçısı tərəfindən aparılan bu siyasət xalqımızı həmrəyliyə, insanları isə sağlam həyata çağırır.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə müsahibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

Mədət Quliyev əlavə edib ki, bu cür möhtəşəm tədbirdlərlərdən biri də "Gəncə Marafonu - 2O17"dir. İlk dəfə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən Bakı marafonu birinci gündən insanlar tərəfindən sevilib və böyük coşqu ilə qarşılanıb. Belə tədbirlər yalnız idman yarışı deyil, həm də böyük həmrəylik bayramıdır. Bakı şəhərindən sonra marafonun Gəncədə də böyük coşqu ilə keçirilməsi sübut edir ki, xalqımız həmişə olduğu kimi Prezident İlham Əliyevi dəstəkləyir və onunla həmrəy olduğunu bildirir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR