idman
Murad Ağarzayev: "Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal ya
Çox şadam ki, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın aktivinə daha bir medal yaza bildim.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə azərbaycanlı gimnast Murad Ağarzayev deyib.
Gimnast qeyd edib ki, medal qazanmaq çox yaxşı hissidir: "Ən böyük arzum Azərbaycan himninin mənim qələbəmə görə səslənmə idi. Çox şadam ki, buna nail oldum".
M. Ağarzayev bildirib ki, hazırda sentyabrda keçiriləcək dünya çempionatına hazırlıq gedir: "Ümidvaram ki, hər şey yaxşı olacaqdır. Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev bizi çox dəstəkləyir. Mən əminəm ki, Azərbaycan gimnastları müxtəlif yarışlarda ölkəmizin bayrağını daim yüksəklərə qaldıracaqlar".
XalqTV.com
RƏYLƏR