Konte: "O, "Qarabağ"la oyuna hazır idi"
"Çelsi"nin baş məşqçisi Antonio Konte futbolçusu David Zappakostanın bu həftə "Qarabağ"a qarşı keçirilən Çempionlar Liqasının oyunundakı (6:0) çıxışı haqda fikirlərini bildirib.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, klubun saytına açıqlamasında italiyalı mütəxəssis deyib ki, həmin görüş həmyerlisinin ÇL-də debüt matçı olub: "O, gözəl bir qol vurdu. Bu, futbolçunu sevindirməklə yanaşı özünəinamı da artırır. O, səmimi oldu. Dedi ki, qol zamanı ötürmə vermək istəyib. David mənim futbol ideyama yaxşı bələddir. Ona görə də o, "Qarabağ"la matça hazır idi. David Zappakosta yaxşı fiziki formadadır. Mən onun oyunundan razı qaldım. İndi o, daha da hazırlaşmalı və Çempionlar Liqasına uyğunlaşmalıdır".
Xatırladaq ki, Zappakosta "Qarabağ"la matçda komandasının ikinci qolunu vurub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində