idman
"Real"ın ötən mövsüm üçün qazancı açıqlandı
İspaniyanın "Real Madrid" futbol klubunun 2016/2017 mövsümü üçün qazancı açıqlanıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "kral klubu"nun illik gəliri 674,6 milyon avro olub. Bu isə 2015/2016 mövsümü ilə müqayisədə 8,8 faiz çoxdur (620,1 milyon).
Bütün vergi öhdəlikləri yerinə yetirildikdən və digər xərcləri çıxdıqdan sonra klubun xalis mənfəəti 21,4 milyon avro təşkil edib. "Real Madrid"in ümumi borcu isə 10,3 milyon avrodur.
Qeyd edək ki, "Real Madrid" 2016/2017 mövsümündə İspaniya La Liqasının, Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR