idman
Karateçilərimiz "Basel Open Masters" turnirində iştirak edəcək
İsveçrənin Bazel şəhərində "Basel Open Masters" beynəlxalq karate turnirində iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
XalqTV.com -a istinadən xəbər verir ki, 8-ci dəfə təşkil olunacaq yarışda yığmanın 11 üzvü mübarizə aparacaq.
Bunlar Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev və Novruz Əliyev (hər ikisi 75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq), eləcə də qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevadır (+68 kq).
Qeyd edək ki, turnir 16-17 sentyabrda keçiriləcək.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR