idman
Hollandiya millisinin üzvü "Qalatasaray"dan gedir
Qışda "Qalatasaray"dan ayrılacaq daha bir futbolçunun adı bəlli olub.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, Naycel de Yonq yanvarda ABŞ-ın "Di Si Yunayted" klubuna keçəcək.
Hollandiyalı millisinin üzvü ötən mövsüm İstanbul klubu ilə 2 illik müqavilə imzalamışdı. 32 yaşlı yarımmüdafiəçi "cim-bom"un əsas heyətinə düşməkdə çətinlik çəkdiyi üçün komandadan getmək qərarına gəlib.
Qeyd edək ki, De Yonq "Qalatasaray"a ötən il ABŞ-ın "Los Anceles Qalaksi" klubundan keçmişdi.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR