Siyasət
AŞ PA həmməruzəçiləri Azərbaycan rəsmiləri ilə müzakirələr aparıblar
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycan Parlamentində olublar.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, həmməruzəçilər Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
Görüşlərdə Azərbaycanla AŞ PA arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmməruzəçilər ümidvar olduqlarını bildiriblər ki, AŞ PA ilə Azərbaycan arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR