"Beşiktaş"ın futbolçusu Çempionlar Liqasında rekord vurdu
Futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü rekordla başlayıb.
XalqTV.com Report-a istinadən xəbər verir ki, ilk turun 16 qarşılaşmasında ümumilikdə 54 qol vurulub.
Komandalar birinci yarış günündə 28 dəfə fərqləniblər. Ən çox qola İngiltərənin "Çelsi" ("Qarabağ"la oyunda 6:0) və Fransanın PSJ (Şotlandiyada "Seltik"lə görüşdə 5:0) komandaları imza atıb. İkinci yarış günündə isə 26 qol vurulub. Rekordu yeniləyən sonuncu qolun müəllifi isə Türkiyə "Beşiktaş"ının hücumçusu Rayan Babel olub. Hollandiyalı futbolçu Portuqaliyada "Portu"nu 86-cı dəqiqədə məyus edib - 3:1.
Qeyd edək ki, bu rekord Çempionlar Liqasının hazırkı formatına əsasən müəyyənləşdirilib. Əslində 2010-2011 mövsümünün ilk turunda qapılara 63 qol vurulub. Amma həmin formatda ikinci qrup mərhələsi də olub.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində