idman
İki avtomobil toqquşub, xəsarət alan var
Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-İmamzadə avtomobil yolunda qeydə alınıb.
"QAZel"lə "VAZ 21012" markalı avtomobilin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü, 1974-cü il təvəllüdlü Bağırov Ceyhun müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bidlirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
XalqTV.com
RƏYLƏR