idman
AFFA-dan Ayxan Abbasova xəbərdarlıq
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının IV turunun oyunlarında baş verənlər müzakirə olunub.
İclasda yeganə xoşagəlməz məqamla bağlı qərar da verilib. "Qəbələ" ilə səfər matçının 90+1-ci dəqiqəsində oyunun baş hakiminə sərt etiraz edən "Zirə"nin baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edilib. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR