İqtisadiyyat

Azərbaycan və BƏƏ işgüzar dairələrinin nümayəndələri iqtisadi əməkdaşlığı müzakirə edəcək

  • 13 Sep 2017
  • 271 baxış

Bu il oktyabr ayının əvvəlində Azərbaycanın ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək və bu ölkənin biznes-ictimaiyyəti ilə işgüzar danışıqlar aparacaq.

XalqTV.com bildirir ki, bu barədə Trend-ə Azərbaycanın BƏƏ-dəki səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində BƏƏ-də "Made in Azerbaijan" milli brendinin tanıdılması məqsədilə Azərbaycan məhsullarının iri sərgisini təşkil etmək nəzərdə tutulur.

Missiyanın əsas məqsədi ixrac coğrafiyasının, eləcə də ixrac portfelinin genişləndirilməsidir.

Qeyd edək ki, ilin əvvəlindən Azərbaycan Qətər, Qazaxıstan, Almaniya, Əfqanıstan və Pakistana ixrac missiyaları yollayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR