Siyasət
Azərbaycan və Pakistan hərbi aviasiyaya dair danışacaqlar
Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın Azərbaycana səfəri zamanı Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.
XalqTV.com bildirir ki, bu barədə Trend-ə Pakistanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
S.Amanın səfəri sentyabrın 19-22-də baş tutacaq.
XalqTV.com
RƏYLƏR