idman

Almaniya da transfer pəncərəsini qısaltmaq istəyir

  • 13 Sep 2017
  • 262 baxış

İngiltərənin ardından Almaniya çempionatında da yay transfer pəncərəsinin müddətini azaltmaq məsələsi gündəmə gəlib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu təşəbbüslə Almaniya Futbol Federasiyasının prezidenti Raynhard Rauball çıxış edib. O, təklifini UEFA və FİFA-ya da çatdırmaq niyyətində olduğunu bildirib.

"Bu məsələni federasiyanın növbəti toplantısında müzakirəyə çıxaracam. Dekabrda bununla bağlı səsvermə keçiriləcək. 36 peşəkar klubun çoxu təklifə müsbət yanaşsa, beynəlxalq futbol qurumlarına müraciət ediləcək. Həmin vaxt Avropada yay transfer pəncərəsi, məsələn, avqustun 1-də bağlanacaq. Transfer anlaşmalarının "Financial fair play"ə uyğun gəlməsi üçün UEFa bu qaydaları yenidən işləməlidir" - Rauball qeyd edib.

Bu təşəbbüslə "Bayer Munxen"in rəsmisi Karl-Haynz Rummenige çıxış etmişdi.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR