idman
"Mançester Yunayted"də ciddi itki
"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba "Basel"lə oyunda zədələnərək oyunu yarımçıq tərk edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, matçın 20-ci dəqiqəsində Fellaini ilə əvəzlənən fransız futbolçu 1 neçə həftə meydanlardan uzaq qalacaq. "Qırmızı şeytanlar"ın baş məşqçisi Mourinyo açıqlamasında belə deyib.
Xatırladaq ki, qarşılaşma "Mançester Yunayted"in 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR